Bu gün nazir Elmar Məmmədyarov Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini, NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Almaniya arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunmuş, əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Habelə, alman parlamentarının marağını nəzərə alaraq nazir E.Məmmədyarov ölkəmizin regiondakı rolu, Avropa-Avroatlantik institutları ilə əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesi barədə məlumat vermişdir.