Səudiyyə Ərəbistanı və müttəfiqləri Suriyada yerüstü əməliyyatların keçirilməsi üçün 150 minlik ordu hazırlayırlar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb. Televiziya ordunun hazırlanması prosesinin Səudiyyə Ərəbistanı ərazisində getdiyini və burada səudiyyəli hərbçilərlə yanaşı misirli, sudanlı və iordaniyalıların da iştirak etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı Suriyaya ordu göndərməyə hazır olduğunu bildirib. Səudiyyə ilə yanaşı Bəhreyn də artıq Suriyaya ordu göndərəcəyini bəyan edib.