Azərbaycanın vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb.
Mia.az xəbər verir ki, Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.
Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.
Bundan başqa Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb.
Mia.az Report-a istinadən xəbər verir ki, nazir Fazil Məmmədovun əmriylə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin edilib.
Bir neçə saat bundan öncə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin edilən Natiq Şirinov isə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinə rəis təyin olunub.