İranla Rusiya 40 milyard dollarlıq sazişlər imzalayıb. Bu sənədlər nüvə enerjisi, dəmiryolları və digər layihələri əhatələyir. Məlumatı fevralın 4-də İranın ali dini lideri ayətullah Əli Xamneyinin müşaviri verib.

Əli Əkbər Vilayati Moskva səfərinin sonunda bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə bəzi layihələri müzakirə edib. Onun sözlərinə görə, Tehran Rusiyadan dəmiryolları və nüvə enerjisi layihələri üçün kredit almaqda maraqlıdır.

Layihələr son bir neçə ayda imzalanıb və "icraya hazırdır”, o deyib.

İran həmçinin Rusiyadan əlavə silahlar almaqda və Rusiyanın böyük neft şirkəti Rosneft-ə neft satmaqda maraqlıdır, Velayati söyləyib.

Ancaq "Röyter" agentliyinin məlumatına görə, özəl Lukoil şirkətinin ticarət qanadı olan Litasco sanksiyalardan sonra Avropada İran neftinin ilk alıcısı olmaqda qərarlıdır ("Azadlıq" radiosu).