Martın 11-12-də Bakıda Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin növbəti görüşü keçiriləcək. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunduğu üçün görüşdə sərhəd, gömrük xidmətləri, FHN və DİN-in nümayəndələri iştirak edəcəklər. Görüş əsnasında əldə olunacaq razılaşmalar Xəzəryanı ölkələrin prezidentlərinin görüş planına daxil ediləcəkdir. Hazırda həmin görüşə hazırlıq aparılır.