Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

​Səfirlikdən verilən məlumata görə, bu vəzifəyə diplomat Kerol Meri Kroft təyin olunub. Yeni səfir mayda Azərbaycana gələcək.

Kerol Meri Kroft bu vəzifədə İrfan Siddıqı əvəz edəcək. İ.Siddqi 2013-cü ildən Azərbaycanda çalışır. 

K.M.Kroft 1987-ci ildən Böyük Britaniyanın xarici işlər sistemində çalışır. Diplomat indiyədək ölkəsinin XİN sistemində müxtəlif vəzifələr tutub.

Report