Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
 
APA-nın əldə etdiyi məlumata görə, səfərin fevralın 18-də baş tutması gözlənilir.
 
Hazırda səfərin detalları dəqiqləşdirilir.
 
Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək.