"Milk & Kisses" qrupu bazqa müsabiqəyə qatılacaq
"Avroviziya" müsabiqəsinin yerli seçim turunun final iştirakçısı "Milk & Kisses" qrupu uğur qazana bilməsə də, özünə çoxsaylı pərəstişkar toplaya bildi. Qrup üzvü Dilarə xanım bizə gələcək planları haqda məlumat verdi: "Biz heç də ruhdan düşməmişik. Bəzilərinin düşündüyü kimi, qrupumuz heç də "Avroviziya" müsabiqəsinə qatılmaq naminə yaradılmayıb. Buna görə də dağılmaq fikrimiz yoxdur. Qarşıda görüləcək işlərimiz isə çoxdur. Hazırda ilk albomumuz üzərində işləyirik. Onu da deyim ki, qrupumuz təkcə rok janrında deyil, başqa janrlarda da mahnılar ifa edəcək. Bundan əlavə, biz başqa bir beynəlxalq müsabiqəyə qatılmaq niyyətindəyik. Seçim turundan keçsək, bu barədə daha ətraflı məlumat verəcəyik".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47