Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün elan etdiyi birinci maliyyə müsabiqəsinə 660 QHT-dən layihə daxil olub.

Bu barədə Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib.

Onun sözlərinə görə, hazırda müsabiqə üzrə daxil olan bütün layihələr texniki seleksiyadan keçirilir: "Şura bu prosesi tezliklə başa vurub qarşıdakı günlərdə layihələrin çoxmərhələli ekspertiza və qiymətləndirmə mərhələsi üçün zəruri olan işlərə başlayacaq. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndiriləcək”.

Layihələrin dəyərələndirilməsi başa çatdıqdan sonra ekspertlərin layihələrə verdikləri balların ictimaiyyətə elan olunması da nəzərdə tutulur.

Müsabiqənin nəticələri isə 2016-cı il martın 10-dan sonra elan olunacaq(Türkustan.info).