Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının ev dustaqlığına buraxılmasını lazım bilməyib. AXCP sədr müavininin özünün də iştirak etdiyi prosesdə Nəsimi Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.
Mia.az Azadlıq.org-a istinadən məlumat verir ki, vəkil Nemət Kərimli məhkəmə iclasında çıxış edən F.Qəhrəmanlı ədalətli qərar gözləmədiyini deyib.
Vəkilin sözlərinə görə, bu iş üzrə daxili müdafiə vasitələri tükəndiyindən Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Xatırladaq ki, Fuad Qəhrəmanlı 2015-ci ilin dekabrında Nardaran olayları ilə bağlı həbs edilib. O, dövlət hakimiyyəti əleyhinə və dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmədə ittiham olunur.