Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub.
Bu barədə Türkiyə XİN-nin məlumatında bildirlir.
Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb.
"Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, - deyə Türkiyə XİN-in məlumatında bildirilir.
Məlumatda o da deyilir ki, Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
APA