"Hər birimiz Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı ikili standartların şahidi olduq".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu, dünyada beynəlxalq hüququn işləməməsini göstərir: "Beynəlxalq hüquq böyük dövlətlərdə məşğuliyyət, kiçik dövlətlərdə isə məhdudiyyətdir. Böyük dövlətlər beynəlxalq hüquqdan öz məqsədləri üçün istifadə edirlər. Biz hər birimiz bunu öz gözlərimizlə görürük".