Ukraynanın yeni prezidenti Viktor Yanukoviç Moskvaya rəsmi səfər edib. Kremldə Rusiya və Ukrayna prezidentləri arasında keçiriləcək danışıqlarda iki ölkə arasında münasibətlərə ümumi nəzər salınacaq. Bu, təxminən iki il ərzində ilk Rusiya-Ukrayna sammiti olacaq. Rəsmi Kiyev səfərin Rusiya-Ukrayna münasibətlərində yeni səhifə açmağa imkan verəcəyinə ümid edir.