Milli Məclisin növbəti iclası başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclası açan spiker Oqtay Əsədov öncə bütün qadın millət vəkillərini, Milli Məclisin xanım əməkdaşlarını, eyni zamanda parlamentin xanım jurnalistlərini 8 mart ? Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qeyd edək ki, iclasın gündəliyinə çıxarılan ilk məsələ Azərbaycanın yeni Ombudsmasının seçilməsi olacaq. Ombudsmanlığa üç namizəd var - hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.