ABŞ prezident administrasiyası Konqresə ?erməni soyqırımı? haqqında qərar layihəsinin qəbul olunmamasını tövsiyə edib. ?CNN Türk?ün yaydığı xəbərə görə, ABŞ dövlət katibi Hullari Klinton Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana telefon açaraq bu tövsiyədə bulunub. H.Klinton vurğulayıb ki, layihənin qəbul ediləcəyi təqdirdə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların risk altında qalacaq. Xatırladaq ki, hazırda Vaşinqtonda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclası gedir.