Türkiyə prezidenti Abdulla Gül amerikalı həmkarı Barak Obamaya zəng edib. Telefon danışığı zamanı ölkələrarası münasibətlər və bölgədə baş verən proseslər müzakirə olunub. Qeyd edək ki, bu gün Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ?erməni soyqırımı? layihəsi müzakirə olunacaq. Bu səbəbdən siyasi müşahidəçilər Abdulla Gülün Barak Obamaya zəng vurmasının təsadüfi olmadığını bildirirlər.