Avropa ittifaqının sədri müxalifət liderləri ilə görüzüb
Azərbaycanda səfərdə olan Avropa İttifaqının fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos bu günlərdə bir sıra partiya və ictimai qurumların rəhbərlərilə görüşüb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Liberal Partiyanın lideri Lalə Şövkət, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, ?Azərbaycan Naminə? İctimai Forumun rəhbəri Eldar Namazov iştirak edib. Görüş zamanı tərəflər ölkədə mövcud ictimai-siyasi durum, 2010-cu il parlament seçkisi, Aİ-Azərbaycan münasibətləri, siyasi məhbus və s. problemlər barəsində fikir mübadiləsi aparıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51