Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xalq Partiyasının (European People?s Party - EPP) Prezidenti Vilfred Martensi qəbul edib. Müstəqil İnformasiya Agentliyinin görüş zamanı E.Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barəsində qonağa ətraflı məlumat verib. Azərbaycanın ilə Aİ arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edən Nazir E.Məmmədyarov ?Şərq tərəfdaşlığı təşəbbüsü?nün rolunu xüsusi vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını deyən Eazir E.Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi barədə məlumat vermiş, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərt olduğunu qeyd edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.