Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 1,3% azalaraq 5 milyard 74 milyon 500 min ABŞ dollarına düşüb. ?İqtisadi forum? jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bir ay ərzində Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb. Yeni ilin 2 ayı ərzində Mərkəzi Bank ehtiyatını 2% və ya 101,1 milyon dollar itirib. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə fevralda valyuta ehtiyatı 10% və ya 561,5 milyon dollar azalıb. Ötən ilin fevralında bu göstərici 5 milyard 636 milyon dollara bərabər olub. Ötən ilin noyabrından başlayaraq valyuta ehtiyatının həcmində azalma müşahidə edilir. Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub. Xatırladaq ki, 2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 15,6% və ya 961,4 milyon dollar azalaraq 5 milyard 139 milyon 500 min ABŞ dollar təşkil etmişdi.