Bu gün Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov Azərbaycana səfər edəcək. Sabah Şuvalovun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşləri nəzərdə tutulur. Danışıqlar zamanı MDB-də islahatlar və qurumun işinin səmərəliliyinin artırılması məsələləri, habelə ikitərəfli münasibətlər müzakirə olunacaq.