Meqastar Tarkan həbsdən azad edildi
Fervralın 24-də İstanbulun narkotiklərlə mübarizə polisi tərəfindən aparılan əməliyyat zamanı saxlanılan Türkiyənin dünya şöhrətli müğənnisi Tarkan bu gün həbsdən azad edilib. Fanatları Tarkanı "Səbret" mahsını oxumaqla qarşılayıblar.
Xatırladaq ki, insanları narkotik maddə ilə təmin etmədə və ondan istifadədə ittiham olunan meqastar polisə ifadəsində həqiqətən narkotik qəbul etdiyimi etiraf etsə də, heç kimi narkotiklə təmin etmədiyini bildirib. O peşman olduğunu da etiraf edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47