Mart ayının 1-dən başlayaraq ?Bank Standard?da daha bir təcili pul köçürmə sistemi, fəaliyyətə başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Lider? adlanan bu sistem MDB məkanı, Baltikyanı dövlətlər, ABŞ, Böyük Britaniya, İsveçrə, Portuqaliya, Türkiyə, İsrail və Çin dövlətlərini əhatə edir. Adı çəkilən sistem üzrə pul köçürmələri ABŞ dolları, avro və rus rublunda həyata keçirilir. Sistemin üstünlükləri arasında əməliyyatın sürəti, geniş əhatə dairəsi, köçürmənin təhlükəsizliyi və göndərilən məbləğin sadəcə 2%-ini təşkil edən əlverişli komisyon haqqı qeyd oluna bilər. ?Lider? sistemindən bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür. Beləliklə, ?Bank Standard?ın iştirak etdiyi təcili pul köçürmə sistemlərinin ümumi sayı 9-a çatıb. Xatırladaq ki, ?Lider? sistemindən başqa, bankda ?Western Union?, ?Bıstraya Poçta?, ?Contact?, ?Migom?, ?Xpress Money?, ?Faster?, ?Zolotaya Korona? və ?Privat Money? sistemləri üzrə də təcili pul köçürmə xidmətləri göstərilir.