Bakı Dövlət Sirki tamaşaçıların qarşısına yeni proqramla çıxacaq. Sirkdən bildiriblər ki, nəzərdə tutulan proqramda Böyük Moskva Sirkinin klounlarının maraqlı çıxışları nəzərdə tutulub. Əhilləşdirilmiş şirlər, itlər, pişiklər, meymunlar və sair heyvanlarla bərabər, hava gimnastları maraqlı nömrələr nümayiş etdirəcək. Proqramda 30-a yaxın artist iştirak edəcək. Martın 14-dən 28-dək davam edəcək proqram çərçivəsində məktəblilərin tətil günlərində hər gün 3 tamaşanın göstərilməsi nəzərdə tutulur.