Prezident İlham Əliyev Çili Respublikasının prezidenti xanim Mişel Baçelet Xeriyaya ölkədə baş verən zəlzələ nəticəsində həlak olanlarla bağlı başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".