Ukrayna prezidenti Viktor Yanukoviç martın 1-də ilk rəsmi xarici səfərini gerçəkləşdirəcək. Ukrayna informasiya agentliklərinin yaydığı xəbərə görə, V.Yanukoviç martın 1-də Brüsselə gedərək Avropa Birliyinin rəhbərliyi ilə görüşlər keçirəcək. O, AB Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Parlamentinin sədri Yeji Buzek, AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcək. Səfər 1 gün davam edəcək.