Prezident ilham Əliyevə piano hədiyyə edilib
Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib. O, Qəbələdə ?Gilan? piano fabrikinin açılışında iştirak edib. Ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda fabrikdə 120 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 350-yə çatdırılacaq.
Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş piano hədiyyə edilib. İlham Əliyev daha sonra Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olub. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. Hazırda anbarda 50 nəfər işlə təmin olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19