Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana yeni kredit xətti açmaq niyyətindədir. Bu barədə təşkilatın maliyyə əməliyyatları bürosunun rəhbəri Anastasiya Marina məlumat verib. O, bildirib ki, kreditlərin verilməsi bank sisteminin inkişafı layihəsi çərçivəsində həyata keçiriləcək. Məqsəd bank sistemində idarəetmənin təkmilləşdirilməsinə dəstək verməkdir.