Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) ölkə üzrə direktoru Aleks Qriqoryevsi qəbul edib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsi və həlli yolları, Azərbaycanın demokratikləşməsi prosesində siyasi təşkilatların, o cümlədən Ümid Partiyasının rolu, qarşıdan gələn parlament seçkiləri və s. bu kimi məsələlər müzakirə edilib. A.Qriqoryevs İ.Ağazadə ilə rəhbərlik etdikləri qurumlar arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıb. Eyni zamanda, müzakirələrdə MDİ-nin davamlı olaraq həyata keçirdiyi demokratikləşməyə dair müxtəlif layihələrdə Ümid Partiyasının iştirakı qərara alınıb.