?Bank Standard?ın ?Uduzlu pul köçürməsi?nin ikinci qalibi müəyyən olundu
?Uduşlu pul köçürməsi? aksiyası çərçivəsində ?Bank Standard?ın ?Lənkəran? filialında keçirilən lotereyanın ikinci tirajının qalibi ?Elm? filialının müştərisi Yaqub Mahmudov oldu. Qalib şəxs öz uduşunu təhvil almaq üçün ?Bank Standard?ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisinə müraciət etməlidir. Qalib 106 sm (42 düym) diaqonallı, mayekristal ekranlı televizora sahib oldu.
Bankdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tiraj Dövlət Qiymətli Kağızlar üzrə Komitəsi tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçirilib.
Xatırladaq ki, ?Bank Standard?da istənilən təcili pul köçürmə sistemi ilə azı 1000 dollar, 1000 avro və ya 30 000 rubl məbləğdə hər pul köçürməsi bu aksiyada iştirak etmək üçün bir şans verir. Lotereya şanslarına məhdudiyyət qoyulmur.
Lotereyanın növbəti üçüncü tirajı Novruz bayramından sonra keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19