Millət vəkili Məlahət ibrahimqızı Belçikaya gedib
Millət vəkili Məlahət İbrahimqızı Avropa Parlament Forumunun qlobal səhiyyəyə dair konfransında iştirak etmək üçün bu gün Belçikaya gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Brüssel şəhərində keçiriləcək tədbirdə qadınların, südəmər körpəsi olan anaların sağlamlığının qorunması, ana və uşaq ölümü ilə mübarizə, qadınların siyasi təmsilçilik məsələləri, dövlət büdcəsindən bu sahəyə maliyyə ayrılması mövzusunda müzakirələr aparılacaq. Səfər martın 3-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51