Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu Idarəsinin rəisi İohannes regentberqlə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratik durum, insan haqlarının vəziyyəti, jurnalistlərin və gənc blogerlərin həbsi məsələsi müzakirə olunub. Bundan əlavə, görüşdə Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda növbəti parlament seçkilərinə hazırlıq və parlament seçkiləri qabağı ölkədəki siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. [b]Rəhilə MANAFOVA[/b]