Dünən (24 fevral) 111 saylı orta məktəbdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi Röyal Cəbiyevin ssenarisi və rejissorluğu ilə Xocalı soyqırımının 18-ci il dönümünə həsr olunmuş "Ən Böyük Əsgər Bizim Əsgər!" adlı tamaşa təşkil edilib. Bütün rolların ADMİU-nun tələbələri tərəfindən ifa edildiyi tamaşa çoxsaylı gənclər qaşısında nümayiş olunub. Tamaşanın təşkilində məqsəd Xocalı faciəsini unutmayaraq gənclərin vətənin müdafiəsinə hər an hazır olmasını təbliğ etmək olub.