Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə Xəzər dənizindən enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılması üzrə tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, habelə Azərbaycanla AB arasında ədliyyə, azadlıq və təhlükəsizlik alt komitəsinin yaradılmasının perspektivləri müzakirə olunub. Ermənistanlı həmkarı ilə sabah keçiriləcək görüşünə toxunan E. Məmmədyarov Ermənistanın yeni hökumətinin münaqişənin həllində konstruktiv mövqe göstərməsinin onların xeyrinə olacağını, Azərbaycanın getdikcə güclənən mövqeyi müqabilində vaxt itkisinin daha çox digər tərəfə zərbə vuracağını diqqətə çatdırıb.