Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə bölüm rəhbəri Johannes Regenbrecht ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ məsələsi və həlli yolları, Azərbaycanın demokratikləşməsi prosesində siyasi təşkilatların, o cümlədən Ümid Partiyasının rolu, qarşıdan gələn parlament seçkiləri və s. bu kimi məsələlər müzakirə edilib. Eyni zamanda cənab Regenbrecht Azərbaycanın regiondakı yeri, regionun inkişafında ölkənin rolunin önəmini qeyd edib. Görüşdə Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Florian Pötter də iştirak edib.