?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi yanvar ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında vəziyyətlə bağlı açıqlama yayıb. Məlumatda deyilir ki, yanvar ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 13-ü üzrə qiymət azalması, 13-ü üzrə qiymət artımı, 63-ü üzrə isə sabitlik müşahidə edilib. Orta qiymətlərində artım müşahidə edilən tikinti materialları bunlardır: armatur (3.99%), şveller (1.63%), dəmir təbəqə (2.82%), sink təbəqə (4.97%), dam örtüyü (2.12%), plastik boru (4,78%), izolyasiya (7.41%), asma tavan (11.11%).