Gürcüstanın "Eurovision-2010"-dakı təmsilçisi Bakıya gəlir
Gürcüstanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Sofo Nijaradze Bakıya gələcək. Bu barədə ?Eurovision? müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib.
Onun sözlərinə görə, Sofo Nijaradze ?Eurovision-2010? Azərbaycan milli final konsertində finalçılar - Məryəm Şabanova, Safura Əlizadə və ?Milk&Kisses? qrupuna dəstək olmaq məqsədilə martın 2-də ?Buta Palace?da düzənlənəcək konsertdə iştirak edəcək. A.Kərimli onu da qeyd edib ki, Gürcüstan təmsilçisi "Eurovision-2010" müsabiqəsində ifa edəcəyi mahnını ?Buta Palace?nın səhnəsində oxuyacaq. Qeyd edək ki, martın 2-də düzənlənəcək ?Eurovision-2010? Azərbaycan milli final konsertində ölkəmizi bu nüfuzlu müsabiqədə təmsil edəcək şəxs və onun ifa edəcəyi mahnı seçiləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47