ISIM hökumət üçün Ticarət Standartları hazırlayacaq
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Azərbaycan hökuməti üçün beynəlxalq ticarət standartları hazırlayacaq. Hökumətə təklif ediləcək bu standartların hazırlanmasıda İSİM-ə Yunanıstanın məşhur Aristotel Universitetinin və Gürcüstanın İqtisadçılar Assosiasiyasının ekspertlər yardım edəcəklər.
Çexiyanın paytaxtı Praqada yerləşən PASOS təşkilatı tərəfindən dəstəklənəcək proqram barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İSİM rəhbəri Vüqar Bayramov bildirib ki, hazırlanacaq standartlar tətbiq edilərsə, yerli şirkətlər Avropa ölkələri ilə daha asan xarici ticarət qurmaq imkanları qazanacaqlar. Bu həmçinin Azərbaycanın Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində Avropaya iqtisadi baxımdan daha sıx inteqrasıya olunmaq imkanı verəcək.
Standartların tətbiqini uğurla həyata keçirmək üçün mərkəz dövlət qulluqçuları üçün təlimlər də keçirməyi planlaşdırır. Hansıki bu təlimlərdə İSİM-in ekspertləri ilə yanaşı Yunanıstan və Gürcüstanlı mütəxəsislər iştirak edəcəklər. Xarici ekspertlərin iştirakı ilə təkliflər paketi hazırlanacaq. V. Bayramovun sözlərinə görə, təkliflərdə Azərbaycanın ticarət standartlarının Avropa standartlarına uyğunlaşdırılması məsələləri əks etdiriləcək. Təkilflər paketi aidiyyatı dövlət qurumlarına təqdim olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19