Azərbaycanlı modelyer Fəxriyyə Xələfovanın Parisdə yeni moda kolleksiyası nümayiş etdiriləcək. Nümayiş yay aylarında olacaq. Modelyerin sözlərinə görə, bu barədə təklif Parisdən gəlib. Yeni ?Bahar? moda sərgisində nümayiş olunacaq kolleksiyadakı bütün geyimlərin parçasını da onun özü yaradıb. Qeyd edək ki, F.Xələfovanın Parisdə birinci moda sərgisi 2007-ci ildə təşkil olunub.