Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUİ SŞ Müsavat partiyasının 2010-cu il parlament seçkiləri ilə bağlı Müsavat, Azadlıq bloku və DUİ məsləhətləşmələrinə hazır olduğunu bildirməsini təqdir edir, tədbirin yaxın müddətdə baş tutacağına ümidlidir. DUİ Seçki Qərargahının 2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı təqvim planını əlavə və düzəlişlərlə əsasən qəbul edilməsini qərara alıb. 26 fevral 2010-cu il saat 12-də Xocalı soyqırımı günü münasibətilə DUİ-yə daxil olan partiyaların rəhbərliklərinin iştirakı ilə birlikdə Xocalı abidəsini ziyarət etməyi qərarlaşdırmışdır. 06 mart 2010-cu il saat 12-də KXCP-nin mənzil qərargahında DUİ-yə daxil olan partiyaların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilməsi qərara alınıb. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Böyük Azərbaycan, Azadlıq, Xalq Azadlıq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.