Bu gün Ankarada Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Ancaq iki ölkə arasında i hərbi əməkdaşlıq planı çərçivəsində baş tutacaq iclasda Azərbaycan nümayəndə heyətinə kimin başçılıq edəcəyi açıqlanmayıb. İki ölkə arasında sonuncu yüksək səviyyəli hərbi dialoq 2008-ci ilin dekabr ayında Bakıda keçirilib.