Bu gün xalq artisti Arif Babayevin ad günüdür
Bu gün Azərbaycanın Xalq artisti xanəndə Arif Babayevin ad günüdür. Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb.
1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. 1998-ci ildə ?Şöhrət ordeni?nə layiq görülüb. Xalq artistidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47