2010-cu il yanvar ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4654,2 mln. manat təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Məlumatda qeyd olunur ki, bunun 2334,8 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% çoxdur. Depozitlərin 2319,3 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il yanvarın 1-nə banklara qoyulan əmanətlərin 965,6 mln. manatı (41,4%) manatla, 1369,2 mln. manatı (58,6%) isə xarici valyuta ilə cəlb edilib.