Fevralın 27-dən martın 5-dək Tehranda XXV Fəcr Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünyanın müxtəlif ölkələrindən sənətçilərin qatılacağı bu tədbirdə ölkəmiz Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının musiqi qrupu ilə təmsil olunacaq. Festivalda xanəndə Zakir Əliyev, Elçin Abbasov, Sahib Paşazadə və digər müsiqiçilər iştirak edəcəklər.