Son günlər Müsavatla Liberal Partiya arasında yaranan gərginlik getdikcə dərinləşir. Bu məsələdə xüsusi rol alan ?Yeni Müsavat? qəzetinə qarşı da ALP-dən iradlar var. Amma sözügedən qəzet Lalə Şövkətlə müzakirələrə hazır olduğunu bəyanlayıb. Eyni zamanda qəzet bu müzakirələrin Əvəz Temirxansız aparılması şərti ilə çıxış edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxan qəzetin bu təklifini cavablandırıb: ?Əgər Lalə Şövkət istəyərsə, ?Yeni Müsavat?ı bağışlayaram. Amma gərək bu qəzet bizə qarşı, xüsusiylə də mənimlə bağlı böhtanlara görə mənimlə müzakirə aparsın və əllərindəka faktları ortaya qoysunlar. Ya da özlərini alçaltmadan məndən üzr istəsələr, gərginliyə son qoyula bilər?.