İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Bu barədə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli məlumat verib. Onun sözlərinə görə, İtaliya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldıqdan sonra müvafiq qətnamə qəbul olunub. Xatırladaq ki, İtaliya Avropa ölkələri arasında Almaniyadan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir.