QAT dindarlarla polis arasında qarzıdurmaya münasibət bildirib
Qarabağ Azadlıq Təşkilatı İslam Partiyasının bir qrup üzvünün fevralın 13-ü keçirdiyi aksiyanın polis tərəfindən dağıdılmasını, adamların həbs olunmasını, xüsusilə də həbs olunanlara qarşı cinayət işinin açılmasını qətiyyətlə pisləyib. Bu barədə qurumun bəyanatında bildirilir.
?Bir qrup dindarın öz inamlarına və vicdanlarına uyğun olaraq Peyğəmbərimizin (s.ə.s) vəfatı gününü və Xocalıda qətlə yetirilənlərin xatirəsini yad etmək məqsədi ilə dinc yürüş keçirməyə cəhd göstərdiklərini bu cür qarşılamaq, onları ədalətsizcəsinə cəzalandırmaq yolverilməzdir. Bu insanlar iman əhlidirlər, haqq yolçusudurlar. Onlara qarşı ədalətsiz hərəkətlər Allaha da xoş getməz. İmanı olan hər kəs onların hərəkətlərini başa düşməli, onlara ədalətsizlik etməməlidirlər. İmanlı adamların haqsız yerə cəzalandırılması cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir göstərir?, - deyə bəyanatda qeyd olunub.
QAT həbs olunmuş dindarların dərhal azadlığa buraxılmasını, onlara qarşı açılmış cinayət işlərinə xitam verilməsini tələb edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51