Neft Fondunun direktoru ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib. ARDNF-dan Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, ARDNF-in fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə nümayəndə heyətinə məlumat verilib.
Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti vurğulanıb. Görüşün sonunda Ş.Mövsümov ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19