Cənubi Koreyanın tanınmış ?Hyundai? avtomobil şirkəti yeni hybrid sedanının ?i-Flow? avtomobilinin şəkillərini yayımlayıb. Avtomobil martın əvvəllərində İsveçrənin Cenevrə şəhərində baş tutacaq avtomobil avtoşousunda nümayiş ediləcək. Belə ki, yeni hibridin ?Hyundai?nin Rüsseıhaym şəhərindəki studiyasında yığılır. Onun dizayn etibarı ilə ?Lotus Elise? və ?BMW 6?-cı seriyaya bənzərliyi də var. Avtomobilin hazırlanmasında istifadə olunan elementlərin çox hissəsi BASF kimyəvi şirkəti ilə birgə hazırlanıb. Avtomobil istehsal olunarkən onun çəkisinin xeyli azaldılması nəzərə alınıb. Amma avtomobilin nə vaxt satışa çıxarılacağı hələ ki məlum deyil. Bu səbəbdən də avtomobilin qiyməti və neçə ədəd istehsal ediləcəyi məlum deyil. Buna Cenevrə avtoşousundan sonra qərar veriləcək.