Şahmar Mövsümov MHŞT üzrə Beynəlxalq idarə Heyətinin 11-ci iclasında iztirak edib
2010-cu il fevralın 9-10-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - İraq və Əfqanıstana namizəd statusu verilib.
Norveçin MHŞT-yə dair ilk hesabatı barədə iclas iştirakçılarına məlumat verilib. İclasda MHŞT-nin tətbiqinə dair digər məsələlər müzakirə edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19