Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi Məktəbində muğam gecəsi keçirilib. Gecədə məktəbin ?Xalq çalğı alətləri? şöbəsinin ?Səs muğam? sinfinin müəllim və şagirdlərinin ifa etdiyi ?Bayatı Kürd?, ?Qatar?, ?Şahnaz?, Simayi-Şəms? muğamları, ?Zabul?, ?Bayatı-Şiraz?. ?Əraq?, ?Çahargah? təsnifləri, xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə iştirak edən Azərbaycan Dövlət Milli Konservatoriyasının instrumental-muğam kafedrasının müdiri, professor M. Quliyev çıxış edərək tədbirin təşkilinə görə məktəbin rəhbərliyinə və kollektivinə öz dərin təşəkkürünü bildirib, muğamın tarixi, insanlara bəxş etdiyi xoş hisslərlə bağlı təəssüratlarını bolüşüb.